Abşeronda avtomobil 11 yaşlı yeniyetməni vurub

  • 10:25 - 28 Noyabr

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xırdalan şəhərində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Əbülfəzov Sahib Afdandil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi, sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report) 


Oxunma sayı: 1981

Oxşar yazılar