Qarabağda dastan yazan "Bayraktar TB2" PUA-larını istehsalçısı "Baykar" şirkətinə BÖYÜK İTKİ : Dəhşətli yol qəzasında həyatını itirdi... (VİDEO, FOTO)

  • 00:30 - 28 Noyabr

Türkiyənin Qebze-Orhanqazi-İzmir yolunun Səlçukqazi tuneli yaxınlığında baş verən yol qəzasında avtomobildə olan 4 nəfər həyatını itirib. 

Avropa.info xəbər verir ki, qəzada həyatını itirənlərdən birinin PUA-lar istehsal edən "Baykar" şirkətinin  performans və analiz qrupunun rəhbəri vəzifəsində çalışan təyyarə mühəndisi Tarık Kesekçi olduğu öyrənilib.

Proqrama qatılmaq üçün İstanbuldan Bursaya yola düşən İHH Humanitar Yardım Vəqfinin əməkdaşı Muratcan Kayanın liderlik etdiyi 34 AFG 020 dövlət nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkətdə olan 41 HZ 096 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Yük maşını sürücüsünün məlumat verməsindən sonra qəza yerinə polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib. Qəza zamanı sürücü Qaya və yanındakı İHH könüllüləri Yusuf Taha Göktaş (22 yaş), Kaan Talip Tığlı (25 yaş) və Tarık Kesekçinin (26 yaş) həyatını itirdiyi müəyyən edilib.

Baykar Şirkətinin rəhbəri Səlcuq Bayraktar, qəzada həyatını itirən Tarık Kesekçi haqda tvitterdə bunları yazıb:

"Vətənsevər, idealist, gözəl əxlaqlı, çalışqan, şüurlu mühəndis qardaşım @T3 Vəqfimizdə böyüyən və çox sevdiyim Tarık Kesekçi həyatını itirdi. "AKINCI" da birlikdə çalışdıq. Allah rəhmət eləsin. Məkanı Cənnət olsun. Ölkə sizə minnətdardır”

Avropa.info

 


Oxunma sayı: 19801

Oxşar yazılar