Qadın qatilinin ETİRAFI daha dəhşətli oldu: “Ünvanı səhv saldım”

  • 22:27 - 27 Noyabr

Krasnodar diyarının Slavyanski rayonunda 57 yaşlı kişi yerli sakinlərdən birinin mənzilinə gələrək qapının zəngini basıb. Ev sahibi, ortayaşlı qadın qapını açar-açmaz zərbəyə tuş gəlib.

Avropa.info lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb. Məlumata görə,  “çağırılmamış qanaq” qadını vəhşicəsinə qətlə yetirb.

Əvvəlcə “şikarının” gözünü çıxarıb. Sonra isə küçəyə sürüyərək, ona çoxsaylı bıçaq zərbələri endirib. Şiddətə dözməyən qadın canını tapşırıb.

Qonşu polisə zəng edib. Asayiş keşikçiləri ir neçə dəqiqə ərzində şübhəlini saxlayıb. O, törətdiyi əməli etiraf edib. 

Qatilin etirafı daha dəhşətli təsir bağışlayıb: “Ünvanı səhv saldım. Mənə başqası lazım idi...”.

Məhkəmə-tibbi ekspertiza müayinə zamanı qadının ağzından sınmış şüşə qırıqları çıxarıb.


Oxunma sayı: 2839

Oxşar yazılar