Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazanıb

  • 21:10 - 27 Noyabr

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova (+86 kq) Gürcüstanın Tbilisi şəhərində keçirilən pauerliftinq idman növü üzrə Dünya çempionatında gənclər arasında keçirilmiş yarışda 62 kq ağırlıq qaldıraraq qızıl medal qazanıb.

Bu barədə Avropa.info-ya Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən məlumat verilib.


Oxunma sayı: 4434

Oxşar yazılar