"ABŞ Ərdoğanı aradan götürmək istəyir, çünki... " - Rusiyadan SENSASİON AÇIQLAMA

  • 16:09 - 27 Noyabr

"ABŞ Ərdoğanı aradan götürmək istəyir, çünki Türkiyə Prezidenti müstəqil siyasət yürüdür, Rusiya ilə də yaxşı münasibətləri var".

Avropa.info xəbər verir ki, bunu rus mətbuatına açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnsitutunun direktoru Sergey Markov deyib. 

Türkiyədə dolların məzənnəsinin artımından danışan Markov, xalqın mühüm hissəsinin Ərdoğanı dəstəklədiyini bildirib.

"İlk növbədə qeyd etmək lazımdır ki, Türkiyədə baş vermiş kiçik etirazlar Qərb mətbuatında yazıldığı qədər böyük deyil. Sadəcə iki şəhərdə kiçik lokal aksiyalar oldu. Ona görə də ölkənin böyük hissəsi, əsasən də bölgələr sakitdir. Yəni əhalinin böyük qisminin Ərdoğanın tərəfində olduğunu və onun partiyasını dəstəklədiyini deyə bilərik", - deyə Markov bildirib.

Gündemi sarsan sözler! 'Erdoğan'ı ortadan kaldırmak istiyorlar'

Rusiya Siyasi Araşdırmalar İnsitutunun direktoru Sergey Markov

Qərbin Türkiyədə qeyri-sabit mühitin olmasını istədiyini bildirən Markov, "Bu gün iqtidara gəlmək istəyən müxalifətin ABŞ-ın lehinə olduğuna şübhə yoxdur. ABŞ Ərdoğanı aradan götürmək istəyir, çünki Türkiyə Prezidenti müstəqil siyasət yürüdür, Rusiya ilə də yaxşı münasibətləri var", deyib.


Türkiyənin Rusiya və Çinlə daha sıx əlaqələr qurması lazım olduğunu iddia edən rusiyalı analitik, bunun həm Ankaranı, həm Moskvanı, həm də Pekini gücləndirəcəyini bildirib.

Avropa.info


Oxunma sayı: 11419

Oxşar yazılar