Azərbaycan nefti kəskin UCUZLAŞDI

  • 10:32 - 27 Noyabr

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti kəskin azalıb.

Avropa.info-nun məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 8,91 ABŞ dolları və ya 10,7% azalaraq 73,91 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.


Oxunma sayı: 4489

Oxşar yazılar