SON DƏQİQƏ: İsveçrə Türkiyə iqtisadiyyatına böyük miqdarda sərmayə qoymağa hazır olduğunu AÇIQLADI - "İnfrastruktur dedikdə ağıla Türkiyə gəlir"

  • 14:35 - 26 Noyabr

İsveçrənin Ankaradakı səfiri Jean Daniel Ruch ölkəsinin mühüm şirkətlərinin Türkiyəyə bir çox sahələr, xüsusilə də səhiyyə və tikinti sahələrində sərmayə qoymağa hazır olduğunu bildirib.

Avropa.info xəbər verir ki, İsveçrə şirkətlərinin ilk dəfə 1930-cu ildə Türkiyəyə sərmayə qoymağa başladığını açıqlayan Ruch, "Türkiyə bizim üçün hər zaman mühüm iqtisadi tərəfdaş olub", deyib.

İsveçrənin Türkiyədəki sərmayədarlar arasında 6-cı yerdə olduğunu bildirən Ruch, ölkəsinin Türkiyəyə daha böyük sərmayə qoymağa hazır olduğunu vurğulayıb.

İsviçre'nin Ankara Büyükelçisi Jean Daniel Ruch

Jean Daniel Ruch

"Bunlardan birincisi səhiyyə, digəri isə böyük tikinti layihələridir. İsveçrə şirkətləri ilə türk podratçılar arasında çox gözəl əməkdaşlıq nümunələri var. Bu mövzuda müzakirələr davam edir. Bu cür layihələrin həm Türkiyədə, həm də İsveçrədə reallaşmasını gözləyirik. İnfrastruktur dedikdə ağlımıza Türkiyə gəlir. İsveçrə şirkətləri də bu kontekstdə türk şirkətləri ilə əməkdaşlığa çox istəklidir. Biz çox istəyirik. Türkiyədəki dinamizmdən təsirləndim.

Türkiyənin əhalisi də çox önəmlidir. Türkiyədə gənc, istedadlı sahibkarlardan ibarət böyük bir hövzə var. Türkiyədəki vəzifəm zamanı potensial investorları məlumatlandırıram.Potensial investorlar Türkiyəyə gəlmək istəyirlər.Qoy onlar burada innovasiya və xüsusilə yüksək texnologiya sahəsini araşdırsınlar.Çünki Türkiyədə gənc sahibkarlarla tanış oldum,onların çoxunun artıq uğur hekayələri var. Biz düşünürük ki, yüksək texnologiya, innovasiya və rəqəmsallaşma sahəsində başqa imkanlar ola bilər. Bunlar həm bizim şirkətlərimiz, həm də Türkiyə üçün çox sərfəli ola bilər", - deyə sərif qeyd edib. 

Avropa.info 


Oxunma sayı: 12728

Oxşar yazılar