Türkiyə əhalisinin 60 faizi iqtisadi problemləri yalnız Ərdoğan hökumətinin həll edə biləcəyinə inanır - SON RƏY SORĞUSU AÇIQLANDI

  • 10:15 - 26 Noyabr

Türkiyədə açıqlanan son sorğu nəticələrinə görə, vətəndaşların 60 faizi inflyasiya, qiymət artımı və işsizlik kimi iqtisadi problemləri müxalifətin deyil,Ərdoğan hökumətinin həll edə biləcəyinə inanır.

Avropa.info xəbər verir ki, açıqlanan son anketdə 2000-dən çox iştirakçıya “Gündəlik həyatınızda ən mühüm problem nədir?” sualı verilib. Rəyi soruşulanların təxminən 60 faizi işsizlik, inflyasiyası, həddindən artıq qiymət artımı kimi iqtisadi problemlərdən şikayətləniblər.

Eyni sorğuda “Bu problemləri iqtidar daha yaxşı həll edə bilər, yoxsa müxalifət?” sualı da qoyulub. Sorğuda iştirak edən vətəndaşların 60 faizi bu suala cavabı “hökumət” olub.  


Oxunma sayı: 1849

Oxşar yazılar