“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının iclası keçirilib

  • 23:20 - 25 Noyabr

AZAL-ın ofisində Prezident İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamı ilə təsis edilmiş “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Avropa.info xəbər verir ki, iclasda aviaşirkətin cari fəaliyyəti və aktual məsələlər, həmçinin dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər müzakirə olunub.

Görüşdən sonra Müşahidə Şurasının üzvləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda işçi ekskursiya təşkil olunub.


Oxunma sayı: 3884

Oxşar yazılar