Türkiyə Milli Təhüləsizlik Şurasının kritik toplantısı bitdi: Ermənistana çağırış edildi

  • 20:22 - 25 Noyabr

Türkiyədə Milli Təhlükəsizlik Şurası prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə toplanıb. 3 saat davam edən kritik görüşdən sonra yazılı açıqlama verilib. 

Avropa.info xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının toplantısından sonra yayılan açıqlamda deyilir:

“Türkiyənin möhkəm infrastrukturu üzərindəki məqsədlərinə uyğun olaraq investisiya, istehsal, məşğulluq və ixracyönümlü iqtisadi siyasətlərin həyata keçirilməsi prosesində qarşılaşdığı və qarşılaşa biləcəyi çətinliklər və təhdidlər qiymətləndirilmişdir."

Həmçinin, Ermənistana çağırış edilərək, sülh fürsətini müsbət dəyərləndirməsi istənilib.

"Qara dəniz və Qafqazda baş verən hadisələr müzakirə olunub, biz şimaldakı qonşularımız arasında mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıyıq. Ermənistanın uzadılan sülh əlini bir fürsət kimi dəyərləndirməsini və atəşkəsə tam olaraq əməl etməsini və əməkdaşlıq istəyində olmasının vacibliyini nəzərə çatdırırıq." 


Oxunma sayı: 8482

Oxşar yazılar