Zaxarova: Rusiya Ermənistan və Türkiyə arasında vasitəçiliyə hazırdır

  • 17:28 - 25 Noyabr

Xarici İşlər Nazirliyinin sözçüsü: Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında maraqlıdır 

Avropa.info-nun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistandan vasitəçilik tələbi alıb və belə yardım göstərməyə hazırdır. 

“Mən təsdiq edə bilərəm ki, Ermənistan İrəvan və Ankara arasında vasitəçilik üçün yardım üçün müraciət edib. Rusiya, bildiyiniz kimi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır və səy göstərir, ölkəmiz bunu hər şəkildə davam etdirməyə hazırdır”, - Zaxarova cümə axşamı brifinqdə bildirib. 

XİN nümayəndəsi qeyd edib ki, dialoqun başlanması regionda ümumi vəziyyətin yaxşılaşmasına və “mehriban qonşuluq və etimad mühitinin formalaşmasına” töhfə verəcək.


Oxunma sayı: 1211

Oxşar yazılar