Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı təmsilçisi jurnalistlərlə görüşdü - FOTO

  • 15:47 - 25 Noyabr

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Bakıdakı təmsilçisi Mustafa Kemal Beyazbayramın azərbaycanlı jurnalistlərlə görüşləri davam edir.

Avropa.info xəbər verir ki, bu gün daha bir qrup media təmsilçisi ilə növbəti görüş baş tutub.

Mustafa Kemal Beyazbayram Azərbaycanı yaxından tanıdığını, uzun illər ölkəmizdə diplomatik fəaliyyətlə məşğul olduğunu bildirib.

Mustafa Kemal Beyazbayram Azərbaycanın Qarabağda Zəfər qazanmasının ildönümü ilə bağlı jurnalistləri təbrik edib. Bakı təmsilçisi qeyd edib ki, Azərbaycanla KKTC arasında bir çox sahələrdə əməkdaşlıq etmək üçün real imkanlar var: "Quzey Kıbrıs Türk Cümhuriyyətinin universitetlərində azərbaycanlı müəllimlər çalışır. Bundan sonra da həmin universitetlərə azərbaycanlı müəllimlərin işləməsi üçün daha geniş səviyyədə işlər görmək mümkündür. 

Bundan əlavə, mədəniyyət və media sahəsində də əməkdaşlıqları genişləndirmək mümkündür".

Mustafa Kemal Beyazbayram bildirib ki, Azərbaycan Qarabağ Zəfərini qazanmaqla regionda əsas söz sahibinə çevrilib: "İnanıram ki, Azərbaycanın Qarabağda başladığı infrastrukr layihələri regionda daha böyük layihələrin həyata keçirilməsinə imkan verəcək".

Avropa.info xəbər portalının baş redaktoru Rəsul Mirhəşimli bildirib ki, Azərbaycan və Quzey Kıbrıs Türk Cümhuriyəti eyni qədəri yaşamış ölkələrdir: "Şuşa bizim üçün hansı əhəmiyyəti daşıyırsa, Erenköy da Quzey Kıbrısın müstəqillik savaşında eyni dərəcədə əhəmiyyətli məntəqə olub. Azərbaycan, Türkiyə və Quzey Kıbrıs şanlı türk tarixinə Şuşa, Çanaqqala və Erneköy Zəfərini bəxş edib. Tarixi qardaşlıqdan qaynaqlanan bu dostluq əbədi olaraq davam edəcək".   

Qeyd edək ki, görüşdə KKTC-nin Bakıdakı təmsilçiyinin media ilə əlaqələrinə rəhbərlik edən Tevfik Ulual da iştirak edib.

 


Oxunma sayı: 2014

Oxşar yazılar