Türkiyənin yeni iqtisadi modeli 3-4 ay ərzində öz müsbət təsirini göstərəcək - Ərdoğan bütün təxribatlara baxmayaraq faizlərin endirilməsində QƏRARLIDIR

  • 11:33 - 25 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün AK Partiya heyəti ilə keçirdiyi görüşdə bank faizlərini düşürmə siyasətində qətiyyətlə davam edəcəkləri mesajı verib. 

Avropa.info xəbər verir ki, toplantı zamanı son günlər dollar bahalaşmasının kənar müdaxilə ilə baş verdiyi bildirilib. 

Toplantıda AK Partiya sədrinin müavini Numan Kurtulmuş və Binəli Yıldırım, AK Partiya sözçüsü Ömər Çelik, AK Partiya İqtisadi məsələlər üzrə sədr müavini Nürəddin Canikli və bəzi iqtisadçılar iştirak edib.

Toplantıda bank faizlərinin endirilməsindən sonra məzənnənin qalxacağı gözləntisinin olduğu, lakin son artımın xarici müdaxilə ilə bağlı olduğu bildirilib.

Müdaxilə ilə Türkiyənin faiz siyasətinin çətinləşdirilməyə çalışıldığı, aşağı bank faizi siyasətinə qarşı dollar məzənnəsinin süni şəkildə artırıldığı qeyd olunub.

Toplantıda, Ərdoğanın son günlər tez-tez vurğuladığı faizlə mübarizə əzmini təkrarladığı bildirilir.

Toplantıda yüksək məzənnənin qarşısının alınması üçün yol xəritəsi də müzakirə edilib və bu vəziyyətin 3-4 ay ərzində həll ediləcəyi, yeni iqtisadiyyat modelinin müsbət əks-sədaları olacağı vurğulanıb.

İclasda prosesin səbir və təmkinlə idarə olunmasının vacibliyi vurğulanıb, Türkiyəni qaranlığa sürükləməyə çalışanlara imkan verilməyəcəyi qeyd olunub.

Avropa.info


Oxunma sayı: 6876

Oxşar yazılar