Avropa Liqası: "Qalatasaray" mərhələ adlaya, "Fənərbağça" qrupda qala bilər

  • 09:59 - 25 Noyabr

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

Avropa.info bildirir ki, ikinci oyun günündə 15 qarşılaşma keçiriləcək.

C qrupunda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı İngiltərədə "Lester"in qonağı olacaq. Bu qrupun ötən gün baş tutmuş digər matçında İtaliya "Napoli"si Rusiyada Moskva "Spartak"ına uduzub.

Türkiyə klublarından "Qalatasaray" Fransa "Marsel"ini qəbul edəcək. E qrupunun digər görüşündə İtaliya "Latsio"su Rusiyada Moskva "Lokomotiv"inin qonağı olacaq. İstanbul təmsilçisi qələbə qazansa və ya hər iki matç heç-heçə başa çatsa, "sarı-qırmızılar" mərhələ adlayacaq.

"Fənərbağça" Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək. Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu bu qrupda Belçika "Antverpen"ini sınağa çəkəcək. Frankfurtlular növbəti raundu vaxtından əvvəl rəsmiləşdirib, lakin qrup liderliyi üçün mübarizə aparacaqlar. "Fənərbağça" isə şanslarını davam etdirmək üçün ən azı rəqibinə uduzmamalıdır. Pirey təmsilçisi isə mərhələ üçün qələbə qazanmağa çalışacaq.

Bundan əlavə, "Sparta" (Praqa, Çexiya), "Reyncers" (Şotlandiya), "Monako" (Fransa), "Real Sosyedad" (İspaniya), "Srvena Zvezda" (Belqrad, Serbiya), "Bayer" (Leverkuzen, Almaniya), "Betis" (İspaniya) və "Dinamo" (Zaqreb, Xorvatiya) klublarının da ən azı ikinci pilləni rəsmiləşdirmək imkanı var.

25 noyabr

UEFA Avropa Liqası
Qrup mərhələsi
V tur

A qrupu

00:00. "Bröndbü" (Danimarka) - "Lion" (Fransa)

00:00. "Reyncers" (Şotlandiya) - "Sparta" (Praqa, Çexiya)

Xal durumu: "Lion" - 12, "Sparta" - 4, "Reyncers" - 4, "Bröndbü" - 2

B qrupu

00:00. PSV (Eyndhoven, Niderland) - "Şturm" (Qrats, Avstriya)

00:00. "Monako" (Fransa) - "Real Sosyedad" (İspaniya)

Xal durumu: "Monako" - 8, "Real Sosyedad" - 6, PSV - 5, "Şturm" - 1.

C qrupu

"Spartak" (Moskva, Rusiya) - "Napoli" (İtaliya) - 2:1

00:00. "Lester" (İngiltərə) - "Legiya" (Polşa)

Xal durumu: "Spartak" - 7 (5 oyuna), "Napoli" - 7 (5),"Legiya" - 6, "Lester" - 5.

D qrupu

00:00. "Olimpiakos" (Yunanıstan) - "Fənərbağça" (Türkiyə)

00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Antverpen" (Belçika)

Xal durumu: "Ayntraxt" - 10, "Olimpiakos" - 6, "Fənərbağça" - 5, "Antverpen" - 1

E qrupu

21:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Latsio" (İtaliya)

21:45. "Qalatasaray" (Türkiyə) - "Marsel" (Fransa)

Xal durumu: "Qalatasaray" - 8, "Latsio" - 5, "Marsel" - 4, "Lokomotiv" - 2.

F qrupu

21:45."Srvena Zvezda" (Belqrad, Serbiya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan)

21:45. "Midtüllan" (Danimarka) - "Braqa" (Portuqaliya)

Xal durumu: "Braqa" - 9,"Srvena Zvezda" - 7, "Midtüllan" - 5, "Lüdoqorets" - 1.

G qrupu

21:45. "Betis" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan)

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Seltik" (Şotlandiya)

Xal durumu: "Bayer" - 10, "Betis" - 7, "Seltik" - 6, "Ferentsvaroş" - 0

H qrupu

21:45. "Rapid" (Vyana, Avstriya) - "Vest Hem" (İngiltərə)

21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika)

Xal durumu: "Vest Hem" - 10, "Dinamo" - 6, "Genk" - 4, "Rapid" - 3

Qeyd edək ki, daha əvvəl Fransanın "Lion" və İngiltərənin "Vest Hem" klubları növbəti mərhələyə yüksəlib.


Oxunma sayı: 969

Oxşar yazılar