Azərbaycanlı idmançı ikiqat dünya çempionunu məğlub etdi - FOTO

  • 23:21 - 24 Noyabr

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə Braziliya Ciu-Citsu idman növü üzrə dünya çempiotatı  keçirilib.

Avropa.info  xəbər verir ki, çempionatda Azərbaycan idmançıları da öz güclərini sınayaraq, bayrağımızın yüksəklərə qaldırılması uğrunda mübarizə aparıblar.

Qeyd edək ki, çempinat bütün yaş və kəmər qruplarını əhatə edib və çempionatda səksən ölkənin iki mindən çox idmançısı iştirak edib.

Qeyd edək ki, Azərbaycanı təmsil edən idmançılar arasında Braziliya Ciu-Citsu idman növü üzrə qara kəmər sahibi “Qarabağ” idman klubunun rəhbəri, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının vitse-prezidenti  Anar Səfərov da olub. O bu idman növü üzrə ölkəmizi təmsil edən ilk qara kəmər sahibi olub. Braziliya və Portuqaliya idmançılarını məğlub edən Anar Səfərov finala çıxış görüşündə qaydalara zidd hərəkətinə görə yarışdan kənarlaşdırılıb və 85 kilo çəki dərəcəsində on doqquz idmançı arasında ilk dördlükdə qərarlaşıb.

Anar Səfərovun güləşdiyi idmançılar Braziliya Ciu-Citsu idman növü üzrə dünyada ad qazanmış və dəfələrlə mötəbər yarışlarda yer tutmuş idmançılardır. Təkcə onun məğlub etdiyi portuqaliyalı idmançı ikiqat dünya, birqat Avropa çempionudur.

 

 

 


Oxunma sayı: 10154

Oxşar yazılar