Ermənistanda hərbçinin güllələnmiş meyiti aşkarlanıb

  • 20:50 - 24 Noyabr

Ermənistanın Tavuş regionunda güllələnmiş hərbçi meyiti aşkar olunub.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu gün saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət keçən 2001-ci il təvəllüdlü əsgər Suren Avetisyanın meyiti aşkarlanıb.

O, başından aldığı güllə yarasından ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.(report)


Oxunma sayı: 650

Oxşar yazılar