Türkiyə ilə BƏƏ arasında 10 müqavilə imzalandı : Əbu Dabinin Türkiyə iqtisadiyyatına qoyacağı sərmayənin miqadarı AÇIQLANDI (YENİLƏNİB)

  • 21:20 - 24 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BƏƏ vəlihəd şahzadəsi Məhəmməd bin Zayed əl Nahyan arasında təkbətək və heyətlər arası görüş baş tutub.

Avropa.info xəbər verir ki, görüşdən sonra iki ölkənin dövlət idarələri arasında imza törəni keçirilib.   

İki ölkə arasında əsasən iqtisadi təməlli 10 müqavilə imzalanıb. 

Bu arada Əbu Dabi İnkişaf Holdinqinin İdarə Heyətinin sədri Məhəmməd Həsən əl Suvaidi ilkin olaraq Türkiyə 10 milyard dollarlıq bir sərmayə qoyacaqlarını açıqlayıb. Məhəmməd Həsən əl Suvaidi bununla bağlı Türkiyə ilə imzaların atıldığını bildirib.

***

18:56

Birləşmiş Ərəb Əmirlikləri vəlihəd şahzadəsi Mahəmməd bin Zayed əl Nahyan 9 illik fasilədən sonra Türkiyəyə səfər edib.

Avropa.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ vəlihəd şahzadəsini rəsmi törənlə qarşılayıb.

Ankarada keçiriləcək görüşlərdə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq. Nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra mətbuata birgə açıqlama veriləcək. Türkiyəyə birbaşa investisiyaları əhatə edən müqavilələr imzalanacaq.


Bu səfər həm də əl Nahyan və Ərdoğanın 2012-ci ilin fevralından sonra ilk təkbətək görüşü olduğu üçün əhəmiyyətlidir.

BAE Veliaht Prensi El Nahyan Ankara'da - Son Dakika Haberler
BAE Veliaht Prensi El Nahyan Ankara'da - Güncel Haberler
BAE Veliaht Prensi Nahyan, Türkiye'de: Erdoğan resmi törenle karşıladı

Oxunma sayı: 7679

Oxşar yazılar