"Mənə Allahverdinin məzarını ziyarət etməyə icazə vermədilər" - Milli Qəhrəmanın xanımı

  • 17:01 - 24 Noyabr

"Ağdam işğaldan azad edildikdən sonra qızları atalarının məzarını ziyarət etsə də, mən hələ də yoldaşımın məzarını ziyarət edə bilməmişəm".

Avropa.info xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırovun xanımı Validə Bağırova deyib. Şəhid xanımı bildirib ki, illərdir ki, yoldaşının məzarını görmək həsrəti ilə yaşayır.

-Qızlarım gedib ziyarət etdilər, mənə icazə verilmədi deyə gedə bilmədim, yoldan qayıtdım. Bacıları da məzarına baş çəkiblər. Ancaq mən hələ də gedə bilməmişəm. Çox istəyərdim ki, gedim.

Daha bir istəyim isə Allahverdinin əməyinin, zəhmətinin unudulmaması ilə bağlıdır. Bəzən televiziya reportajlarında Ağdam, əsirlikdən azad edilən xocalılar haqqında danışırlar, amma Allahverdinin adı çəkilmir. Ağdamın işğaldan azad edilməsinin il dönümü ilə bağlı televiziya reportajında molla deyir,”mən buradan nə qədər meyit yola salmışam”. Amma bir dəfə yoldaşımın adı çəkilmir. Halbu ki, Allahverdi Xocalı əsirlərini xilas etməklə yanaşı, meyitlərin kəfənlənməsində də iştirak edib. Parça da tapılmırdı. Yazıq onu zülümlə tapırdı.
Belə səhnələri görəndə çox məyus oldum. Hərə özünü qəhrəman edir. Bir adın çəkilməsi bizə böyük təsəllidir.



 


Oxunma sayı: 683

Oxşar yazılar