"Ermənistanın cinayətlərinə düzgün hüquqi qiymət verilməlidir" - Nazir müavini

  • 16:46 - 24 Noyabr

"30 il ərzində Ermənistan işğal altındakı ərazilərdə olan tarixi mədəni abidələri yerli-yeksan edib. Təəssüflər olsun ki, bunun yeganə izahı Azərbaycan xalqına qarşı etnik nifrət hissidir".

Avropa.info xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib. O bildirib ki, postmünaqişə dövründə sülh mövzularından danışmağımıza baxmayaraq, əvvəlki cinayətlərə düzgün hüquqi qiymətin verilməsi məsələsini gündəmə saxlayırıq:

"Azərbaycan tarixi-mədəni abidələrinin dağıdılması məsələsini Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında qaldırılıb. Bizim əsas hədəfimiz işğaldan azad edilən ərazilərdə geniş miqyasda həyata keçirilən bərpa-quruculuq işlərinin mümkün qədər qısa müddətdə yekunlaşmasıdır. Azərbaycan höküməti, Mədəniyyət Nazirliyi tərəfindən keçən ildən başlayaraq ilkin invertallaşdırma, monitorinq işlərinə başlanılıb. Bu işlər davam etdirilir".

Nazir müavini qeyd edib ki, postmüqanişə dövründə mədəni abidələrin bərpası, sülh mesajını çatdırılması əsas hədəfimizdir: "Bu istiqamətdə səylərimizi davam etdiririk".


Oxunma sayı: 672

Oxşar yazılar