Türkiyə Mərkəzi Bankından dollarla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: "Valyuta bazarında qeyri-real, iqtisadi əsaslardan uzaq qiymət formalaşması müşahidə olunur"

  • 20:50 - 23 Noyabr

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı valyuta məzənnələrindəki dalğalanma ilə bağlı açıqlama ilə çıxış edib.

Avropa.info xəbər verir ki, Mərkəzi Bankı valyuta bazarlarında qeyri-real və qeyri-sağlam qiymət formalaşmalarının müşahidə olunduğu vurğulanıb. 

"Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının üzən məzənnə rejimində məzənnə səviyyəsi ilə bağlı heç bir öhdəliyi yoxdur. Valyuta məzənnələri tələb və təklif şərtləri ilə sərbəst bazar dinamikası ilə müəyyən edilir.

Müəyyən şərtlər daxilində Mərkəzi Bank daimi istiqamətləndirmə məqsədi olmadan yalnız həddindən artıq qiymət artımına müdaxilə edə bilər. Valyuta bazarlarında qeyri-real və iqtisadi əsaslardan tamamilə uzaq olan qeyri-sağlam qiymət formalaşması müşahidə olunur. Bu bəyanat, şirkətlərimizi və vətəndaşlarımızı son dərəcə dəyişkən bazar şəraitində iqtisadi əsaslardan tamamilə uzaq dəyərlərlə ticarət etməklə mümkün itkilərə qarşı xəbərdar etmək ehtiyacı səbəbindən tələb olundu", -deyə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının açıqlamasında qeyd olunub.

Avropa.info


Oxunma sayı: 4786

Oxşar yazılar