Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib - FOTO

  • 20:35 - 23 Noyabr

İslamabad Ticarət və Sənaye Palatasında (ICCI) Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ilə Palatanın prezidenti Muhammad Shakeel Munir və idarə heyətinin üzvləri arasında görüş keçirilib.

Azərbaycanın Pakistandakı Səfirliyindən Avropa.info-ya verilən xəbərə görə, ICCI-nin prezidenti Muhammad Shakeel Munir ilk öncə ziyarətə görə səfir Xəzər Fərhadova təşəkkürünü ifadə edərək, Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən məmnunluğunu bildirib.

 

ICCI-nin strukturu və fəaliyyəti haqqında məlumat verən prezident, Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin daha da artırılmasında ICCI-nin gələcək fəaliyyətindən danışıb.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasından söhbət açan səfir Xəzər Fərhadov iqtisadi-ticari əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bu xüsusda son aylar ərzində görülmüş işləri diqqətə çatdırıb. X. Fərhadov Azərbaycan–Pakistan arasında idxal-ixrac məhsullarının potensialından da söz açaraq bu istiqamətdə iş adamlarının aktiv rolunun əhəmiyyətini vurğulayıb və Azərbaycan-Pakistan Birgə Komissiyası çərçivəsində, həm də iki ölkənin biznes dairələri arasında birbaşa müzakirələr nəticəsində konkret layihələrin müəyyənləşdirilərək əməli addımlar atılmasının vacibliyini qeyd edib.

Həmçinin görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından SOCAR-ın indiyə qədər Pakistana həyata keçirdiyi LNG tədarükünün əhəmiyyəti qeyd olunaraq bunun gələcəkdə davam etdirilməsinin mümkünlüyü ətrafında fikir mübadiləsi aparılıb.

Foto

Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib - FOTO
Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib - FOTO
Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib - FOTO


 


Oxunma sayı: 6095

Oxşar yazılar