Ermənistan ordusunun əsgəri öldü

  • 01:05 - 23 Noyabr

Ermənistan ordusunun daha bir hərbçisi ölüb.

Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir. Bildirilir ki, hadisə Göyçə mahalındakı hərbi mövqelərdən birində baş verib. Sıravi Suren Yuryeviç Safaryanın (2002) ölümündə erməni tərəf Azərbaycanı günahlandırsa da, artıq Azərbaycan Müdafiə Nazirliyi iddianı təkzib edib, sözügedən istiqamətdə atəşkəsin pozulmadığını açıqlayıb.

Qeyd edəki, bundan əvvəl İrəvan erməni hərbçilərdən birinin silahla ehtiyatsız davranış səbəbindən özünü güllələdiyi barədə məlumat yaymışdı. 


Oxunma sayı: 4005

Oxşar yazılar