Baxçalının Ərdoğana hədiyyə etdiyi "Türk dünyası xəritəsi" ilə bağlı Kremldən AÇIQLAMA: "Türk Birliyi ideyası normaldır, lakin..."

  • 14:44 - 22 Noyabr

Bir neçə gün öncə MHP sədri Dövlət Baxçalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Beştəpədə ziyarət etmişdi.

Avropa.info xəbər verir ki, Baxçalının görüşdən əvvəl prezident Ərdoğana təqdim etdiyi “Türk dünyasının xəritəsi” Rusiyada böyük əks-səda doğurub.

Rusiya mətbuatı sözügedən xəritədə Rusiya Federasiyasının 20 yerinin də əks olduğunu yazıb.

Məsələylə bağlı Kremldən də açıqlama edilib.

Kremlin sözçüsü Dmitri Peskov Dövlət Baxçalı tərəfindən Ərdoğana təqdim edilən "Türk dünyasının xəritəsi" məsələsində türk siyasətçilərin hər zaman Türk Birliyi ideyasını gündəmdə saxladıqlarını və bunun normal olduğunu deyib. 

"Türk ortaklarımız Türk Birliği fikrini səsləndirirlər və bu olduqca normaldır. Amma xəritədə Türk Dünyasının mərkəzində böyük bir qırmızı ulduz var. Həmin ərazi Türkiyədə deyil, Rusiyadadır, Altayda. Bura türklər üçün önəmli bir yerdir. Bunu bir türkoloq olarak söyləyirəm", - deyə Peskov qeyd edib.

Avropa.info


Oxunma sayı: 8911

Oxşar yazılar