Misirli jurnalist erməniləri BELƏ İFŞA ETDİ: "İrəvan əhalisinin 80%-ni müsəlman türklər təşkil edirdi, niyə indi Ermənistanda türk yoxdur?" - VİDEONU İZLƏYİN

  • 13:42 - 22 Noyabr

Misirli jurnalist Sabir Məşhur hazırkı Ermənistan ərazisində vaxtı ilə müsəlman türklərin çoxluqda olduğunu sənədlərlə sübut edən bir video yayınlayıb. 


Avropa.info xəbər verir ki, jurnalist yayınladığı videoda bu gün Ermənistanda bir nəfər də olsun türk yaşadığını bildirib. 

"Halbuki Türkiyədə 150 ​​minə yaxın erməni qeyri-rəsmi olaraq yaşayır və işləyir. Türkiyə vətəndaşı olan ermənilər bu rəqəmdən kənardadır. Türkiyədə yaşayan heç bir erməniyə heç vaxt düşmən kimi münasibət göstərilməyib və onlar hər bir türk vətəndaşı ilə eyni hüquqlarla yaşayırlar.

Halbuki zamanında İrəvan əhalisinin 80%-ni müsəlman türklər təşkil edirdi. Amma indi orada bir türk belə yaşaya bilməz. Kimin kimə qarşı soyqırımı törətdiyi bəlli olsa da, erməni soyqırımı yalanı hələ də Türkiyəyə təzyiq elementi kimi istifadə olunur", - deyə jurnalist Sabir Məşhur qeyd edib.

Misirli jurnalist yayımladığı videoda "Ermənistanda niyə türk yoxdur?" sualını verərək diqqətçəkən təhlillər aparıb. 

Qeyd edək ki, Avropada yaşayan misirli jurnalist Sabir Məşhur İkinci Qarabağ müharibəsində də Azərbaycanın haqq işini dəstəkləyən çıxışları ilə tanınır. 

Jurnalistin "Ermənistanda niyə türk yoxdur?" başlığı ilə yayınladığı VİDEONU təqdim edirik:  


Oxunma sayı: 17898

Oxşar yazılar