Ermənilərin Qarabağda, Şuşada məscidləri dağıtmasına niyə etiraz etmədin? - Türk nazir HDP-nin erməni əsilli deputatını ŞOKEDİCİ SUALLARLA SUSDURDU

  • 20:45 - 21 Noyabr

Türkiyə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində nazirliyin büdcəsi ilə bağlı keçirilən toplantıda deputatların suallarını cavablandırıb.

Avropa.info xəbər verir ki, HDP-nin erməni əsilli deputatı Qaro Paylanın kilsələrin bərpası ilə bağlı sualını cavablandıran Ersoy, Vəqflər Ümumi Müdirliyinin 21 kilsənin bərpasını başa çatdırdığını bildirib. Türkiyəli nazir erməni əsilli deputata Ermənistanın Qarabağda məscidləri dağıtdığını xatırladıb.

"Qaro Paylan, məni bu sözünüz narahat etdi: “Ölkə xaricində bir məscidə qarşı bir şey etsələr, üsyan edərəm" dediniz. Ermənistan Qarabağda, Şuşada məscidləri yerlə bir edib, Ermənistana, Paşinyana, erməni parlamentinə bir etiraz məktubu yazmısınızmı?"

Erməni əsilli deputat nazir Mehmet Nuri Ersoyun sualına heç bir cavab verə bilməyib.

Avropa.info


Oxunma sayı: 19372

Oxşar yazılar