Rusiya Ukraynaya hücuma keçərək, ölkəni tamamən İŞĞAL EDƏCƏK : Ukrayna Kəşfiyyat İdarəsinin rəhbəri hücumun KONKRET TARİXİNİ VƏ PLANINI AÇIQLADI

  • 14:36 - 21 Noyabr

Ukrayna Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri general Krill Budanov Rusiyanın Ukrayna sərhədlərinə 92 mindən çox əsgər yığdığını açıqlayıb. 

Avropa.info xəbər verir ki, Budanov Rusiyanın gələn ilin yanvar ayının sonu, ya da fevralın əvvəllərində Ukraynanı işğal etməyə hazırlaşdığını iddia edib. 

Budanovun iddiasına görə, Rusiya ordusu Ukraynanın mərkəzi hökumətinin nəzarətindən kənarda qalan Donetsk və Luqansk vilayətlərini keçərək, hava zərbələri və artilleriya atəşi ilə Şərqi Ukraynanı işğal edəcək.

Foto - Ancak Budanov, Military Times'a verdiği demeçte, Rusya'nın bunu yapmak için askeri kapasite inşa ettiğini, işgal altındaki Kırım'da asker seviyelerini ve silah sistemlerini artırdığını ve İskender kısa menzilli balistik füze sistemleri ve sınırın yakınındaki diğer silahları sahneye koyduğunu söyledi.

"Krım və dənizdən edilən hücumlarla Ukraynanın Qara dəniz sahilləri tamamilə işğal olunacaq. Ukrayna ordusunun gücünü bölmək üçün Belarus tərəfdən də hücum ediləcək. Əsas hədəf Ukraynanın şərqi və cənubunun işğalı olacaq. Bu məqsəd başa çatdıqdan sonra paytaxt Kiyevin və ölkənin qalan hissəsinin işğalı hərbi, iqtisadi və siyasi şərtlərə əsaslanaraq hədəf alınacaq. 

Rusiyanın bu ilin əvvəlində keçirdiyi irimiqyaslı “Zapad 21” hərbi təlimi,onların eyni vaxtda 3500-dən çox hava-desant xüsusi əməliyyat qoşununu buraxa bildiyini sübut etdi", - deyə Budanov bildirib.

Budanov qeyd edib ki, Rusiyanın hazırladığı hücum əvvəlki hücumlardan daha dağıdıcı olacaq.

Foto - ABD Savunma Bakanı Lloyd Austin Çarşamba günü gazetecilere verdiği demeçte, ABD'nin

  
Cümə günü "Washington Post" qəzetinə danışan Ukraynanın yeni müdafiə naziri Oleksi Reznikov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin hələ də hücuma qərar verib-vermədiyi bəlli deyil.
 

Lakin Budanov "Military Times"-ə bildirib ki, Rusiya işğal üçün hərbi potensialı gücləndirir, işğal olunmuş Krımda qoşun sayını və silah sistemlərini artırır və sərhədə yaxın "İsgəndər" qısa mənzilli ballistik raket sistemləri  yerləşdirir. Ukrayna Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri sərt hava şəraitinin rusları hücumdan çəkindirəcəyi ilə bağlı fikirləri ciddi qəbul etmir. "Soyuq havada döyüşmək bizim və ruslar üçün problem deyil", -deyə o, qeyd edib.

Foto -


  

ABŞ və Ukrayna kəşfiyyatının Rusiyanın hücumunun vaxtı ilə bağlı qiymətləndirmələrinin çox oxşar olduğunu deyən Budanov, "Bizim qiymətləndirmələrimiz amerikalı həmkarlarımızla demək olar ki, eynidir", - deyə bildirib.

Budanov, rus separatçı artilleriya birləşmələrinə qarşı istifadə edilən Türkiyə istehsalı olan PUA-ların mühüm psixoloji çəkindirici dəyərə malik olduğunu və rusları hücum haqqında iki dəfə düşünməyə vadar etdiyini, lakin Ukraynanın hələ də ABŞ-ın daha çox köməyinə ehtiyacı olduğunu vurğulayıb.

Foto - SİHA'LAR SAYESİNDE MOSKOVA İKİ KEZ DÜŞÜNÜYOR Austin, Perşembe günü Reznikov ile görüştükten sonra, ABD'nin

"ABŞ-ın Ukrayna üçün vəd etdiyi yardımın yetərli olduğunu düşünmürəm. Bizə daha çox yardım lazımdır. Ukraynadan başqa heç bir ölkə Rusiya ilə açıq müharibə aparmır. Və biz yeddi ildir mübarizə aparırıq. Beləliklə, biz əminik ki, ABŞ bizə əvvəllər almadıqlarımızı verməlidir. Bunu indi etməlidir. Bunun üçün doğru vaxtdır. Çünki bundan sonra çox gec ola bilər", - deyə Budanov qeyd edib. 

Avropa.info


Oxunma sayı: 9978

Oxşar yazılar