Avropanın 4 ölkəsində koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyaları keçirilib

  • 22:03 - 20 Noyabr

Bu gün Avropanın bir sıra ölkələrində Koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq aksiyalar keçirilib.

APA TASS-a istinadən xəbər verir ki, Böyük Britaniya, Xorvatiya, Litva və Avstriyanın mərkəzi şəhərlərində minlərlə insan küçələrə çıxaraq əsasən məcburi peyvəndləməyə, “COVİD pasport”lara qarşı etirazlarını nümayiş etdiriblər.

Etirazçılar “Mənim bədənim, sağlamlığım, mənim qərarım”, “Hamı üçün azadlıq, peyvənd etməyə məcburiyyət yoxdur”, “Millət artıq hakimiyyət üçün mövcud deyil, öldü” və s. şüarlar səsləndiriblər.

Nümayişlərin sakit keçdiyi bildirilir, polisin müdaxiləsi olmayıb.


Oxunma sayı: 3851

Oxşar yazılar