Bakıda QULDURLUQ: Sürücünü maşından atıb...

  • 18:05 - 19 Noyabr

Avqustun 20-də Binəqədi qəsəbəsi ərazisində naməlum şəxslər F.Mustafayevi  “NAZ Lifan” markalı avtomobilindən düşürərək döyməkdə, avtomobildən içərisində bank kartı və sənədlər olan pulqabısını götürüblər.

Avropa.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Binəqədi rayon Polis İdarəsi, 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – İ.Abbasov və M.Muradov müəyyən edilərək saxlanılıblar.


Oxunma sayı: 9054

Oxşar yazılar