İnterpolun axtardığı Azərbaycan əsilli mafiya lideri Türkiyədə YAXALANDI - Fransa və Rusiya Hacıyevi istəyir... (FOTO)

  • 18:55 - 18 Noyabr

İnterpol tərəfindən axtarışa verilən azərbaycanlı mafiya lideri, "İlqam Bolinski" ləqəbi ilə tanınan İlqam Hacıyev Türkiyənin İzmir şəhərində yaxalanıb.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, silah qaçaqmalçılığında təqsirləndirilən İlqam Hacıyev bir müddət öncə saxta pasportla Türkiyə ərazisinə daxil olubmuş. 

Məlumatlara görə, mafiya lideri noyabrın 15-də polisin keçirdiyi əməliyyatla İzmirdə saxlanılıb. İlqam Hacıyevin Rusiya və Fransa tərəfindən axtarışa verildiyi və onun adı çəkilən iki ölkədən birinə veriləcəyi bildirilir.

Hacıyevin hazırda Dubayda gizlənən mütəşəkkil cinayətkar dəstə başçısı Sedat Pekərlə də əlaqələrinin olduğu qeyd olunur. Hətta onların birlikdə çəkilmiş fotoları da Türkiyə mətbuatında yayılıb. 

Kırmızı bültenle aranan mafya lideri Ilgam Gadhziev İzmir'de yakalandı

Oxunma sayı: 5303

Oxşar yazılar