İranın qadın komandasının futbolçusu kişi çıxdı

  • 19:16 - 15 Noyabr

Qadınlar arasında Asiya kuboku-2022-nin seçmə mərhələsində keçirilən İordaniya - İran matçında qəribə hadisə baş verib.

Qol.az xəbər verir ki, İordaniya Futbol Federasiyası sözügedən maçtda iştirak edən İran millisinin qapıçısının qadın yox, kişi olduğu ilə bağlı FİFA-ya şikayət edib. İnternetdə sözügedən qapıçının çadrasının başından açıldığı formada şəkili yayılıb.

Qeyd edək ki, İran millisinin qolkiperi 4:2 hesabı ilə qalib gəldikləri penaltilər seriyasında qurtarışları ilə yadda qalıb.


Oxunma sayı: 10781

Oxşar yazılar