Pakistandan Türkiyəyə TƏBRİK MESAJLARI YAĞDI : "Qardaş Türkiyə bütün müsəlmanlara ilham qaynağı oldu..."

  • 01:06 - 29 Oktyabr

Pakistan prezident Arif Alvi və Baş nazir İmran Xan da daxil olmaqla ölkə liderləri Cumhuriyyət Bayramının 98-ci ildönümü münasibətilə Türkiyəyə təbrik mesajları göndəriblər.

Avropa.info xəbər verir ki, prezident Alvinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda Pakistan xalqı və dövlətinin sülh, inkişaf və təhlükəsizlik yolunda Türkiyə ilə çiyin-çiyinə olmağa davam edəcəyi bildirilib.

Baş nazir İmran Xanın prezident Ərdoğana ünvanladığı məktubda Türkiyənin Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altında müstəmləkəçilik və imperializmə qarşı cəsur və uğurlu mübarizəsi xatırlanıb.

Türk millətinin 98 ildə tərəqqi və rifahının Pakistan xalqı üçün şərəf və qürur mənbəyi olduğuna diqqət çəkən İmran Xan, “İki ölkənin xalqları hər zaman bir yerdə olub və bundan sonra da bir yerdə olacaqlar", deyib.

Pakistan və Türkiyənin əsrlər boyu davam edən ortaq mədəniyyət, din, mənəvi və dil irsinə əsaslanan qardaşlıq əlaqələrindən məmnun olduğunu vurğulayan Xan, iki ölkənin ortaq baxışa malik olduğunu və hər zaman öz bölgələrində, onun hüdudlarından kənarda sülh və sabitliyi dəstəklədiyini qeyd edib.

Xarici işlər naziri Şah Mahmud Qureyşi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna ünvanladığı məktubda Türkiyənin imperialist güclərə qarşı şanlı mücadiləsinin Cənubi Asiya müsəlmanları üçün ilham olduğunu, iki ölkənin hər zaman həmrəy olduğunu bildirib. 

Pakistan Milli Məclisinin sədri Əsəd Kayser də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa göndərdiyi məktubda Türkiyə dövlətinin və millətinin 98-ci Cumhuriyyət Günü təbrik edilib.

Avropa.info


Oxunma sayı: 5908

Oxşar yazılar