"Azərbaycanlı qardaşlarımız 30 ilə yaxın işğaldan sonra torpaqlarını geri aldılar" - Ərdoğan Cümhuriyyət Bayramı mesajında Qarabağ Zəfərindən danışdı (VİDEO)

  • 22:40 - 28 Oktyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr Cümhuriyyət Bayramı münasibəti ilə xalqa müraciət edib. 

Avropa.info xəbər verir ki, Ərdoğan çıxışında Türkiyəni büdrətməyə yönəlik heç bir gizli hücumlara imkan verməyəcəklərini deyib.

“Cümhuriyyətimizin 100 illiyi üfüqdə olduğu bir vaxtda Türkiyəni qarşı büdrəməyə yönəlmiş heç bir gizli hücumun bizi yolumuzdan döndərməsinə imkan verməyəcəyik”, - deyə Ərdoğan bildirib. 

Türkiyə Prezidenti Azərbaycanın Qarabağ Zəfərini xüsusi qeyd edib.

"Çevriliş etmək istəyənlərin hücumları ilə üz-üzə olan liviyalı qardaşlarımıza və Qarabağda işğala qarşı mübarizə aparan Azərbaycan türklərinə verdiyimiz güclü dəstək hər iki ölkənin taleyinin dəyişməsinə səbəb oldu. Liviyada çevriliş edənlər məğlub olduğu halda, azərbaycanlı qardaşlarımız da 30 ilə yaxın işğaldan sonra torpaqlarını geri aldılar. Ölkəmizi və Şimali Kipr Türk Cümhuriyyətini Şərqi Aralıq dənizindəki karbohidrogen ehtiyatlarından kənarlaşdırmaq cəhdlərimiz də uğursuzluğa düçar oldu", - deyə Ərdoğan bildirib.


Oxunma sayı: 4115

Oxşar yazılar