Kuman rəsmən istefaya göndərildi, "Barselona" əfsanəsi Xavi ilə razılığa gəldi

  • 17:40 - 28 Oktyabr

"Barselona" baş məşqçisi Ronald Kumanla yollarını ayırıb. 

Avropa.info xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis ötən gecə La Liqada "Rayo Valekano"ya uduzduqları matçdan (0:1) sonra istefaya göndərilib. 

Qeyd edək ki, Kuman 2020-ci ildən bu komandanı çalışdırırdı. 

Əlavə edək ki, "Barselona" bu mövsüm La Liqada 10 matçda 15 xal toplayıb və turnir cədvəlində 9-cudur. 

Bu arada "Barselona"nın bu vəzifəyə əsas namizədi məlum olub. 

Kataloniya klubu komandanı Xavinin çalışdırmasını istəyir. Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Xəbərdə tərəflərin razılığa gəldiyi də bildirilib. Lakin təyinatın rəsmi açıqlanması üçün Xavinin hazırda baş məşqçilik etdiyi "Əl-Sədd"dən ayrılması lazımdır. 

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə "Barselona"da oynayıb. 


Oxunma sayı: 3796

Oxşar yazılar