İki hakim Məhkəmə Hüquq Şurasına üzv qəbul edilib

  • 19:15 - 28 Oktyabr

Məhkəmə Hüquq Şurasına iki yeni üzv qəbul edilib. 

Məhkəmə Hüquq Şurasından  verillən məlumata görə, Məhkəmə-Hüquq Şurasında apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub: "Həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb və həmin namizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər". 


Xatırladaq ki, Məhkəmə Hüquq Şurasının 13 üzvü var. Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.


Oxunma sayı: 1508

Oxşar yazılar