İslamın "səhralıqda olan uzaq ölkələrin dini" hesab edildiyi Yaponiyada müsəlman yapon - Simoyama Siqerunun HƏYAT HEKAYƏSİ

  • 14:32 - 28 Oktyabr

Yaponiyanın bir çox sakini üçün İslam "səhralıqda olan uzaq ölkələrin dini"ndən artıq deyil. Ancaq müasir dünyada planetimizin hər dörd sakinindən biri müsəlmandır.   
 

Avropa.info xəbər verir ki, Tokio Camisinin əməkdaşı Simoyama Siqeru da o müsəlmanlardan biridir.  O necə və niyə müsəlman olub və Yaponiyanı uzaq ölkələrin dini ilə nə bağlayır? 

Qlobal masştabda -planetimizin əhalisinin dörddə biri müsəlmanlardır. Yalnız Yaponiyada hesablamalara görə bu say əhalinin 1% belə azdır. Tokio Camisində işləyən Simoyama Siqeru da bu azsaylı yapon-müsəlmanlardan biridir. Cənab Simoyama Yaponiyada İslamın yayılmamağına səbəb olan tarixi hadisələr haqqında danışır.

«Meydzi dövründən (1868-1912) başlayaraq Yaponiya Avropa nümunəli  müasirləşmə siyasətinə baş vuraraq Almaniya, Böyük Britaniya və Fransanın idarə etmə, qanunvericilik və ticarət qaydalarını özünə əsas seçmişdir. Lakin bu proses əsnasında qalan dünyanın, həmçinin müsəlmanların dəyərləri diqqətdən yayınmışdır.  Avropadan İslamla bağlı önyarqıların da ixrac olması ilə bu dinin anlanmasına maneələr törətdi. Son illərdə ABŞ-da 11 sentyabr  hadisələrlə bağlı KİV-in şişirdilmiş xəbərlərinə görə isə bu dinin adı belə cəmiyyət tərəfindən birmənalı olaraq qəbul edilmirdi", - deyə Simoyama qeyd edir.

Tokiyo Camisində hər ay ortalama 5 yapon İslamı qəbul edir. Bu dinin Yaponiyada məşhur olmamasına baxmayaraq cənab Simoyamanı İslamı seçməyə nə vadar edib"



"Tələbə vaxtı Nil çayında rezin qayıqla səyahət edərkən müxtəlif kəndlərdə istirahət üçün dayanırdım.  Yerli sakinlərlə ünsiyyətdə dil baryeri səbəbindən anlaşa bilməsək də, birinci xahişimdə hamısı məni gecələməyə yerlə təmin edirdilər. Yerli sakinlər qara dərili və İslam dininə mənsub idilər. Onların qonaqpərvərlikləri məndə dərin təəssürat yaratmışdı. Sonradan bunun kökündə dinləri durduğunu öyrənəndə təəccüb etmişdim.  

Bu səyahət əsnasında qazandığım təcrübə indiki şəxsiyyətimin formalaşmasının təməlini təşkil etmişdir. İslamı qəbul etmədən öncə Tanrının varlığına inanmırdım. Müsəlman olduqdan sonra özümü qara, ağ, sarı dərililərin bərabər çiyin-çiyinə ibadət etdiyi bir cəmiyyətin üzvü hiss etdim. Bu mənim üçün gözəldir.

İslam Allah qarşısında ümumi bərabərliyi təbliğ edir və ona görə ibadət zamanı hamı bərabər sıralarda, bir-birinə yaxın şəkildə dururlar. Həmşinin İslamda «birr» anlayışı var. Bu anlayışa görə səndə olan və başqasına daha ehtiyac olan bir şeyləri paylaşmalısan.  Başqa sözlə İslam eqosentrik dünya anlayışına qarşıdır.  

İslam əxlaq və əlaçıqlığa böyük əhəmiyyət verir. Osmanlı dövləti dövründə maddi gəlirlərin artıqlarını cəmiyyətə geri qaytarılması tezisi, iqtisadiyyata ictimai kapital şəklində qayıtmasına, bunun üçün vəqflərin qurulmasına, xəstəxanaların, ictimai obyeklərin tikilməsi, sosial təminata ehtiyacı olanların dəstəklənməsi və s. məqsədlərlə gəlib çıxarmışdı. Bunlar hamısı ianələr hesabına həll olunurdu. Məscidlər şəhərlərin mərkəzi sayılır , ətraflarında məktəblər, xəstəxanalar, bazarlar, imkansızlar üçün pulsuz yemək ehsan edən yeməkxanalar inşa edilirdi. Beləliklə sultanın, məmurların və sadə təbəələrin əlavə malları cəmiyyətdəki  kasıb-varlı təbəqələşməsinin kəskinliyini bir qədər yumşaldırdı", - Simoyama Siqeru belə deyir.

Simoyama Siqeru

Simoyamanın sözlərinə görə Tokio Camisi müsəlman turistlər üçün Kioto, Fudzi dağı və Disneylend qədər sevimlidir və turistik proqramlara daxil edilir.  Bu da qonaqpərvərliyin göstəricisidir. 

"Düşünürəm ki, İslam ölkələrindən turistlər zamanla artacaq, lakin onlara hələlik halal qidalı restoranların və ibadət çün şəraiti olan otellərin çatışmamazlığı bir qədər mane olur.  Yaponiya qonaqpərvəliyi ilə fəxr edir, lakin müsəlman yolçuların tələblərini anlamağı ilə hələ fəxr edə bilməz təəssüf ki."

Simoyama Siqeru İslamla ilk tanışlığından da danışıb.

"İnsan tanımadığı aləmə addım atanda , o, dünyanı tanımaq üçün insanlarla ünsiyyətdən başlamalıdır.  Mənim halımda İslamı qəbul etmək qərarına Tokio universitetinin kənd təsərüfatı fakültəsində doktorant olarkən İraqlı tələbə ilə tanış olduğum vaxt gəldim. Bu tələbə mənə heç də din dəyişmək tövsiyyə etmirdi.  Məni valeh edən onun insani keyfiyyətləri , müsəlmanlara aid xoşgörü, ürək açıqlığı və hamıya qardaşcasına sevgi idi.

İslam - müsəlmanların əsaslandığı həyat tərzidir. İslamla tanışlığı sizi maraqlandıran gündəlik həyat aspektlərindən və insanlarla ünsiyyətdən başlamaq olar, gəlib məscidə bir memarlıq abidəsi kimi tamaşa etməkdən olar. İslama ilk toxunuşunuz məscidin gözəlliyinə valeh olmanızdan başlaya bilər. Müsəlmanla görüşdükdə ona «Əssəlamu aleykum» deyə sülh-əminamanlıq diləyi ilə əl uzadın. Bu sözlərlə hətta tanımadığınız adamdan etibar qazana bilərsiniz.  Bu yaxınlarda Kəşmirdən gələn bir ailəni salamladıqda onlar mənə gözəl təbəssmlər bəxş etdilər. Afrikada aldığım unikal təcrübə indiki fəaliyyətimə böyüük dəstəkdir. Yaponiyada İslamı din olaraq hələ düz anlamırlar geniş mənada. Mən İslamı yaponlar arasında düzgün təbliğ etməyi özümə məqsəd qoymuşam",– deyə cənab Simoyama qeyd edib.   

İsmail Qarapapaq, Avropa.info


Oxunma sayı: 14950

Oxşar yazılar