Paşinyan Putinin şərtini qəbul etdi: Azərbaycan-Ermənistan sərhədi ilə bağlı qərara AZ QALDI

  • 11:56 - 28 Oktyabr

"Rusiya prezidenti Vladimir Putinin bəhs etdiyi sərhəd müəyyənləşdirilməsi xəritələri 100 faiz olmasa da, 99 faiz olaraq "Ermənistanın ərazi-inzibati bölgüsü haqqında" qanunda bəhs edilən sərhədlərə uyğundur. Onlar sovet dönəmindəki müttəfiq respublikaların xəritələrinə təxminən uyğundur".

Avropa.info bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışında belə deyib.

"Hesab edirəm ki, bəli, bu xəritələr gərəkdir, bu müzakirələr zərurət duyulur. Mühüm olan odur ki, Rusiya prosesə qatılmaqda maraqlı olsun", - N.Paşinyan söyləyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası hüquqi əsasa malik sovet xəritələri əsasında aparılmalıdır.

Xatırladaq ki, Valday forumunda çıxış edərkən Rusiya Federasiyasının prezidenti Vladimir Putin bəyan etmişdi: "Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin çözülməsində Rusiya həlledici rol oynaya bilər. İndi ən başlıca məsələ sərhəddəki situasiyanı tam nizamlamaqdır. Təbii ki, bu məsələdə Rusiyanın iştirakı olmadan heç nə etmək olmaz. Bu məsələdə bizə iki tərəfdən və Rusiyadan savayı, məncə, kimsə gərək deyil. Çox sadə və praqmatik nəsnələr var: bəli, xəritələr, çünki Rusiya ordusunun Baş Qərargahında olan xəritələr sovet dönəmində müttəfiq respublikaların sərhədlərinin haradan keçdiyini göstərir".


Oxunma sayı: 1519

Oxşar yazılar