İşçilərini döyən sahibkarı uzunmüddətli həbs cəzası gözləyir - VİDEO

  • 11:40 - 28 Oktyabr

İstanbulun Beşiktaş rayonunda işçilərini döyən sahibkar məhkəmə qarşısına çıxarılıb.

Məşhur əyləncə mərkəzinin sahibi Şahin Şekerə “təhqir”, “hədə-qorxu” və “qəsdən xəsarət yetirmə” maddələri ilə cinayət işi açılıb.

Onun təqsirli olduğu sübuta yetirilərsə sahibkarı 10,5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün əlavə vaxt tələb etdikdən sonra məhkəmə iclası təxirə salınıb.

Qeyd edək ki, sahibkarın öz işçilərinə qarşı qeyri-insani rəftarı əyləncə mərkəzinin kameraları tərəfindən anbaan qeydə alınıb.


Oxunma sayı: 2388

Oxşar yazılar