Vətən müharibəsinin xronikası - Cəbrayıl, Zəngilan və Qubadlının kəndləri işğalçılardan təmizləndi

  • 09:53 - 28 Oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Avropa.info Vətən müharibəsinin xronikasını təqdim edir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib ki, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Ermənistanın Bərdədə dinc sakinlərə etdiyi hücumla bağlı paylaşım edib: "Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur"

- Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub.

- Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarını atəşə tutub.

- Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsü yayılıb.

- Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus hərbi texnika və canlı qüvvəsini məhv edilməsinin videogörüntüləri yayılıb.

- Bərdədə ölənlərin sayı 21 olub, 70 nəfər yaralı olduğu açıqlanıb.

- Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib. Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib.

- Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib.

- Bərdənin vurulma anının videogörüntüsü yayılıb.


Oxunma sayı: 507

Oxşar yazılar