Qəbul imtahanlarında bu yeniliklər olacaq - VİDEO

  • 10:34 - 28 Oktyabr

Ali məktəblərə qəbul imtahanlarında bəzi ixtisaslar üzrə dəyişikliklər ediləcək. İmtahanların mövzularında da yeniliklərin edilməsi nəzərdə tutulub. Bununla bağlı keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə əsas məqamlara aydınlıq gətirib. DİM-in sədri vurğulayıb ki, 1-ci ixtisas qrupu ilə bağlı yenilik builki imtahanlarda deyil, ondan sonrakı il keçiriləcək imtahanlarda tətbiq olunacaq. Digər dəyişikliklər isə builki imtahanlarda olacaq.

Avropa.info xəbər verir ki, III ixtisas qruplarında bəzi ixtisaslar üzrə imtahan fənlərinə dəyişiklik edilib. Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, III qrupa əlavə fənn artırılmayıb, sadəcə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə imtahan verən abituriyentlər coğrafiya fənnindən imtahan verəcəklər.

Gələcəkdə sənədlərini 1-ci qrupa təqdim edən bəzi abituriyentlər üçün də dəyişiklik nəzərdə tutulur.

Məleykə Abbaszadə vurğulayıb ki, qəbul imtahanlarının məzmununda işğaldan azad edilmiş ərazilər ilə bağlı yeniliklər də ediləcək.

Məleykə Abbassadə əlavə edib ki, bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahan keçiriləcək. Noyabr ayında isə yeni blok imtahanları baş tutacaq. Yeni proqram dərc edildikdən sonra bu il epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından etibarən sınaq imtahanları keçiriləcək.


Oxunma sayı: 1299

Oxşar yazılar