Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş Şuşada AZAN OXUDU - VİDEO

  • 00:36 - 28 Oktyabr

Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş Ermənistanın işğalından azad edilən Şuşada azan oxuyub.

Avropa.info xəbər verir ki, Diyanət İşləri Başqanlığından edilən yazılı açıqlamaya görə, Azərbaycana səfəri çərçivəsində Şuşaya gedən Erbaş Quran hafizi Osman Şahinlə birgə 28 il sonra Ermənistanın işğalından azad edilən Azərbaycanın Şuşa şəhərindəki  Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. 

Erbaş və Şahin birlikdə azan oxuduqdan sonra camaata ikindi namazını qıldırıb.

Erbaş Qarabağın qəlbi qədim Şuşa şəhərinin azad edilməsinin simvolu olan Yuxarı Gövhər Ağa məscidində verilən azan videosunu sosial media hesabından paylaşıb.


Oxunma sayı: 7866

Oxşar yazılar