Şahmat üzrə dünya çempionu deputat oldu

  • 22:48 - 27 Oktyabr

Şahmat üzrə dəfələrlə dünya çempionu Anatoli Karpov “Vahid Rusiya” partiyasından VIII çağırış Dövlət Dumasının deputatı olub.

Avropa.info-nun lent.az-a  istinadla məlumatına görə, o, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi rəhbərinin birinci müavini Olqa Batalinanın mandatını alıb.

Batalinanın sentyabrda keçirilən seçkilərdə Dövlət Dumasının deputatı seçildiyi dəqiqləşib. O, oktyabr ayında əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini təyin edilməsi ilə əlaqədar istefa verib.

Anatoli Karpov VI və VII çağırış Dövlət Dumasında deputat, eyni zamanda Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin üzvü, "Vahid Rusiya" fraksiyasının üzvü olub.

Dövlət Dumasına seçkilər sentyabrın 17-dən 19-dək keçirilib. Protokolların 100 faiz işlənməsi nəticəsində “Vahid Rusiya” partiyası 49,82 faiz səslə qalib gəlib. İkinci yeri 18,93 faiz səslə Rusiya Federasiyası Kommunist Partiyası tutub. Ondan sonra Liberal Demokrat Partiyası (7,55 faiz), Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət naminə (7,46 faiz) və Yeni Xalq Partiyası (5,32 faiz) gəlir.


Oxunma sayı: 2069

Oxşar yazılar