ABŞ səfiri Ermənistanın Gəncədə raket atəşinə tutduğu ərazilərə baş çəkib

  • 19:15 - 27 Oktyabr

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Gəncəyə səfəri çərçivəsində ötən il Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbəsi endirilən ərazilərə baş çəkib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin “Twitter” hesabında bildirilib

“Səfir 2020-ci ilin payız döyüşlərində həyatını itirən, o cümlədən 2020-ci ilin oktyabrında raket zərbəsi nəticəsində həlak olan Gəncə sakinlərinin xatirəsini dərin hüznlə yad edib”, - qeyd olunub.

 

ABŞ səfiri Ermənistanın Gəncədə raket atəşinə tutduğu ərazilərə baş çəkib
ABŞ səfiri Ermənistanın Gəncədə raket atəşinə tutduğu ərazilərə baş çəkib

Oxunma sayı: 1640

Oxşar yazılar