Bakıda ərini boyunbağı ilə boğub öldürən qadından XƏBƏR VAR

  • 11:37 - 27 Oktyabr

Bakıda ərini boyunbağı ilə boğaraq öldürməkdə təqsirləndirilən İnnesa İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avropa.info APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində torlanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, bu ilin may ayının 9-da saat 22 radələrində 1952-ci il təvəllüdlü Rəşid Məhərrəm oğlu Axundovun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Cinayət-proseesual qanunvericiliyə əsasən planlaşdırılaraq aparılmış istintaq tədbirləri ilə Rəşid Axundovun arvadı İsmayılova İnnesa Vladimirovna tərəfindən yaşadıqları mənzildə 09 may 2021-ci il tarixdə saat 18 radələrində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə əli ilə zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsinə, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartmaqla boğaraq öldürüb.

İ.İsmayılova tutularaq istintaqa təhvil verilib.


Oxunma sayı: 837

Oxşar yazılar