Azərbaycanlı tələbəni öldürən şəxs üzr istədi - FOTO

  • 09:58 - 27 Oktyabr

Volqoqrad Vilayət Məhkəməsində tibb universitetinin 17 yaşlı tələbəsi Timur Qavrilovun qatili Vitali Vasilyevlə bağlı dinləmələr keçirilib.

Avropa.info "qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmədə Vasilyevə son söz verilib. O, Timurun anası İrina Qavrilovadan üzr istəyir. Məhkəmə hökmü bu gün elan olunacaq. 

Xatırladaq ki, hadisə 2020-ci il iyunun 12-dən 13-nə keçən gecə Volqoqradın Voroşilovski rayonunda baş verib. Vasilyev Azərbaycandan Volqoqrada təhsil almağa gedən Timuru yaşadığı yataqxananın yaxınlığında bıçaqlayıb. Cinayətdən sonra gizlənən Vasilyev 1 həftə sonra saxlanılıb. O, cinayəti etnik zəmində törətdiyini etiraf edib. 


Oxunma sayı: 3224

Oxşar yazılar