Ukrayna ilk dəfə Donbasda Türk "Bayraktar"larından istifadə etdi : Rusiyapərəst separatçıların mövqeyi MƏHV EDİLDİ - ANBAAN VİDEO

  • 01:00 - 27 Oktyabr

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə mətbuatının hərbçilərin Donbasda ilk dəfə Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarəsindən istifadə etməsi ilə bağlı xəbəri təsdiqləyib.

Avropa.info xəbər verir ki, Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilir ki, Donbasda ruspərəst separatçıların atəşini dayandırmaq üçün ilk dəfə "Bayraktar TB2"-lərdən istifadə edilib.  


"Dünən 26 oktyabr 2021-ci il tarixində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr Əməliyyatı bölgəsində "Bayraktar" kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları kompleksindən istifadə edilib.

Saat 14:25-dən 15:15-dək Rusiyayönümlü terror qüvvələrinə məxsus D-30 haubitsalarından ibarət batareya Qranitne qəsəbəsi ərazisində Birləşmiş Qüvvələrin mövqelərini atəşə tutub. Atışma zamanı Ukrayna Silahlı Qüvvələrinin iki hərbçisi yaralanıb, onlardan biri həlak olub. Atəşlərin başlaması ilə ATƏT dərhal atəşkəsə çağırıb və diplomatik kanallar vasitəsilə nota göndərib. Lakin işğalçılar heç bir reaksiya verməyib.

Düşməni atəşi dayandırmağa məcbur etmək üçün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə "Bayraktar"dan istifadə edilib. Pilotsuz uçuş aparatı təmas xəttini keçməyib və idarə olunan bomba ilə Rusiyayönümlü işğalçı qüvvələrin mövqeləri məhv edilib. Bundan sonra atəş dayanıb", - deyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda qeyd olunub.

Ukraynalı jurnalistlər isə Donbasda "Bayraktar TB2" vasitəsi ilə bir top batareyasının məhv edildiyini bildiriblər.


Oxunma sayı: 6150

Oxşar yazılar