PKK-da üsyan: 680 terrorçu Türkiyə hərbçiləri ilə döyüşməkdən imtina etdi

  • 13:43 - 26 Oktyabr

Türkiyə Silahlı Qüvvələrinin "Barış pınarı" əməliyyatını keçirdiyi Suriyanın Rakka bölgəsində olan terrorçular döyüşməkdən imtina ediblər.

Avropa.info "Report"a istinadən xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Bildirilib ki, döyüşdən imtina edənlər bölgənin Ayn İsa və Haseke əyalətinin Tel-Tamir rayonlarında terrorçu PKK/YPG-PYD qruplaşmasının 680 silahlısından ibarətdir.

Qeyd olunub ki, Hasekedəki təlim düşərgəsindən 370, Rakkadan isə 310 terrorçu Türkiyə Silahlı Qüvvələri ilə döyüşə girməkdən imtina ediblər.

Türkiyənin Altınbaş Universitetinin Elmi Şurasının üzvü doktor Eray Güçlüer məsələni belə şərh edib: "Terror təşkilatına başçılıq edəcək təcrübəli terrorçu qalmayıb. Onların 80 faizi sıradan çıxarılıb. Türkiyə humanist və inandırıcı üsullarla çox mühüm addımlar atıb. Terror təşkilatının əsas mərkəzi deyilən bir yer yoxdur. PKK-ya bağlı dağınıq qruplar var. Artıq onların təşkilat bütövlüyü yoxdur. Terrorçuların qaçması təşkilatın parçalanması əlamətidir".


Oxunma sayı: 3708

Oxşar yazılar