Hacı Cavad məscidinin keçmiş axundu sərbəst buraxıldı - Yenilənib

  • 00:26 - 26 Oktyabr

Hacı Cavad məscidinin keçmiş axundu, Əhliman Rüstəmov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Avropa.info xəbər verir ki, bunu oğlu Qasim Rüstəmov sosial media hesabında yazıb. Onun dediyinə görə, atasını evdən aparıblar. Bu zaman mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. 

Qeyd edək ki, son günlər İrana yaxınlığı ilə bilinən bir neçə nəfər saxlanılıb. Amma onlardan yalnız birinə - Sərdar Babayevə rəsmi ittiham irəli sürülüb. O, Azərbaycan CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

***

İlahiyyatçı Əhliman Rüstəmov sərbəst buraxılıb. Bu barədə ilahiyyatçının oğlu Qasım Rüstəmov sosial şəbəkədə məlumat verib. 


Oxunma sayı: 3686

Oxşar yazılar