Tatarıstanda yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

  • 22:10 - 25 Oktyabr

Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayış binasında partlayış baş verib. 

Yaşayış binasının iki mərtəbəsində bir neçə mənzil dağılıb. 

Partlayış Yeni Şəhərdə, 48/21 ünvanında yerləşən panel beşmərtəbəli binada baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilib. 

İlkin məlumatlara görə, 4 nəfər yaralanıb, 32 nəfər təxliyə edilib, dağıntılar altında bir neçə nəfər qalıb. 

Partlayşın qaz sızmasından baş verdiyi bildirilib. 

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadaları işləyir.(apa)


Oxunma sayı: 2993

Oxşar yazılar