SON DƏQİQƏ: ABŞ və digər 10 ölkənin səfiri Ərdoğanın qərarlı duruşu qarşısında geri çəkildi : "Türkiyənin daxili işlərinə qarışmayacağıq" (BƏYANAT)

  • 17:57 - 25 Oktyabr

Bu dəqiqələrdə ABŞ-ın Ankaradakı səfirliyinin twitter hesabından Türkiyədən üzr mahiyyəti daşıyan bir açıqlama yayılıb.

Avropa.info xəbər verir ki, yayılan açıqlamada ABŞ və daha 9 ölkənin 18 oktyabrda yaydığı bəyanat problemlərə səbəb olub. Səfirliyin yaydığı açıqlamada deyilir ki, ABŞ Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasının 41-ci maddəsinə əməl etməyə sadiqdir.

"ABŞ, 18 oktyabr tarixli bəyanatla bağlı bəzi problemlərin gündəmə gəlməsi ilə əlaqədar Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasının 41-ci maddəsinə sadiq olduğunu təsdiqləyir", - deyə açıqlamada qeyd olunur. 

Osman Kavala bəyanatını imzalayan Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiyanın Ankara səfirlikləri də ABŞ-ın Twitter hesabından bu açıqlamanı yayıblar.

Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 41 -ci maddəsi, diplomatın yaşadığı ölkənin qanun və qaydalarına hörmət etməsini tələb edir. Həmin maddədə deyilir:

"Qəbul edən dövlətin qanunlarına və nizamlarına riayət etmək, imtiyazlarına və müstəqilliyinə xələl gətirməmək, bu cür  imtiyaz və toxunulmazlıqlardan istifadə edən hər bir şəxsin vəzifəsidir. Eyni zamanda dövlətin daxili işlərinə qarışmamaq da bu şəxslərin vəzifəsidir".

Anadolu Agentliyinin Prezident Administrasiyası qaynaqlarına istinadən yaydığı məlumata görə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan səfirlərin bu açıqlamasını müsbət qarşılayıb.

Qeyd edək ki, ABŞ başda olmaqla 10 ölkə səfiri bəyanat yayaraq Türkiyəni təhdid etmiş, daxili işlərinə qarışmışdı. 

Avropa.info


Oxunma sayı: 14488

Oxşar yazılar