“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - RƏSMİ

  • 15:42 - 25 Oktyabr

“Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayından etibarən ölkədə “buster” dozanın da vurulmasına başlanılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Avropa.info-ya bildirilib ki, “buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlər nəzərə alınaraq bir daha qeyd edirik ki, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər.

  •  

“Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır.

Məlumat üçün qeyd edək ki, yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər.

Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 2 ay ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər.


Oxunma sayı: 1420

Oxşar yazılar